E L V ! N Administrator
Qeydiyyat : 29/11/10 İsmarıc sayı : 392
| Mövzu: Cənnətlə bağlı sözlər Çər. Dek. 22, 2010 9:48 pm | |
| Bir adam, "Ya Rəsulullah cənnətin içində xurma vardırmı? Çünki mən xurmanı sevirəm" deyə soruşdu. Rəsulullah: "Bəli vardır. ... cənnət xurmalarının altından budaqları vardır. Budaqlarının başları qızıldandır. Aləmlərdən hər hansı bir kimsənin görməkdə olduğu paltarların ən gözəli kimi yarpaqları vardır. Altından xurma salxımları vardır. Xurma salxımlarının zibili də qızıldandır.Böyük küplər kimi meyvələr var ki onlar köpükdən yumşaq, baldan şirindir." Hz. Məhəmməd (S.ə.v) Şübhəsiz cənnətdə bir bazar vardır ki mələklər oranı ziyarət edərlər. Orada gözlərin mislini görmədiyi, qulaqların eşitmədiyi və ürəklərə gəlməyən nemətlər vardır. Canımızın istədiyi hər şey bizə gətirilər. Lakin orada satılan və satın alınan heç bir şey yoxdur. O bazarda cənnət xalqının bəzisi digər bəzisi ilə qarşılaşar. Yüksək mənzil və mövqe sahibi dönər və mövqe baxımından özündən aşağı dərəcə olan kimsə ilə qarşılaşar. Onların içində hər hansı bir şeyi əskik olan kimsə yoxdur ki,qarşılaşdığının üzərində gördüyü bəzək paltarlarından ötəri narahat olsun. Sözünün sonu gəlmədən üzərində daha gözəl bir paltar bürünər. Bu şübhəsizdir ki, cənnətdə heç bir kimsənin kədərlənməsi yoxdur. Hz. Məhəmməd (S.ə.v) Cənnət binalarının bir kərpici qızıl, bir kərpici gümüş, xərci müşk, daşı inci və yaqut və torpağı da zəfərandır Hz. Məhəmməd (S.ə.v) Cənnətdə altından bir dirək və üzərində zümrüd cinsindən parlaq, yaşıl, qiymətli bir daşdan şəhərlər vardır ki, onlar cənnətə ulduzlar kimi işıq verərlər Hz. Məhəmməd (S.ə.v) | |
|