E L V ! N Administrator
Qeydiyyat : 29/11/10 İsmarıc sayı : 392
| Mövzu: Quran nədir?Quranin mənasi? Çər. Dek. 22, 2010 9:41 pm | |
| Quran nədir?Quranin mənasi? Qurani kərim Müshaflardan (Quranın Mübarək səhifələrindən) yazılmış və peyğəmbərimizdən (Səlləllahü əleyhi və ilahi və səlləm – Peyğəmbərimizin adı anılarkən “ Allahın salamı olsun Ona və Onun sevdiklərinə “ mənasını verən bu kəlamı söyləmək vacibdir) üzü bəri müsəlmanlar tərəfindən əzbərlənmiş kəlami – qədimdir.
Allahtəalanın ən son və ən böyük kitabıdır.
Bu mübarək kitabın özüdə sözüdə Allahdır.
Qurani – kərim Allah tərəfindən Cənabi cəbrayıl vasitəsilə Peyğəmbərimizə nazil olmuşdur (endirilmişdir,yuxarıdan göndərilmişdir).
Səmavi kitablar arasında nazil olduğu kimi qalan yeganə kitab Qurani – kərimdir.
Qurani - kərim şan və şərəf mənbəyidir.Qurani - kərim məsun və məhfuzdur (müqəddəs və toxunulmazdır,qorunan və mühafizə olunandir).
Ona yalnız təmiz və pak olanlar əl vura bilərlər.
Qurani - kərim nazil olmağa başladığı zaman bütün cahan qaranliqlar içində idi ; insanlar yollarını azmışdılar , əqidələri yox idi , ayrı – ayrı bütlərə ibadət edirdilər.
Peyğəmbərlərin təbliğ etdikləri haqq, din unudulmuşdu . Hər tərəfdə haqsızlıq baş qaldırmış , könüllər qaralmış , bənizlər saralmışdı.
Bax , belə bir zamanda , ramazanda Cəbrayıl – bu ulu mələk cahanın ən böyük xilaskarı Məhəmməd Peyğəmbərə Quranın ilk ayələrini oxumağa başladı.
Bəhy gəldikcə (yəni ilham , bir elmin , firkin , bir nəzəriyyənin , bir dühanın ilhama sövqedilməsi)
Peyğəmbərimiz onu öz səhabələrinə oxuyar , onlarda ayələri əzbərlər , yadlarından çıxmasın deyə xurma yarpaqlarına , enli düz daşlara , yastı sümüklərə və dəri üzərinə yazarmışlar. | |
|